Yüklənir. Zəhmət olmasa gözləyin...
populyar.az
  • Əsas Səhifə
  • Qeydiyyat
  • Wap
  • Bizə aid
  • Sualım var
  • Bizimlə əlaqə
  • Reklam
  • Saytdan necə qeydiyyatdan keçmək olar? Gizli məqalələri necə oxumaq olar? Gizli yükləmələri necə yükləmək olar?
  • Sayta məqalə necə yerləşdirilir? Musiqilər,Şəkillər,Videolar,necə yerləşdirilir.
  • İtirilmiş hesabı necə geri qaytarmaq olar?
  • Hesaba düzgün qaydaya necə gətirə bilərik?

Saytdan necə qeydiyyatdan keçmək olar?

Siz bura daxil olmaqla saytmızda özünüzə necə hesba aça bilərsiz bunun haqqında vidoenu izliyə bilərsiz. Ətraflı

Sayta məqalə necə yerləşdirilir?

Siz bura daxil olsaz,sayta necə məqalə yerləşdirmək olur?videosunu baxa biləcəksiz.Ətraflı

Şifrəni unutdum!

Şifrəni unutmusan?Siz burda video baxaraq şifrənizi bərpa edə biləcəksiz.Ətraflı

Hesaba düzgün qaydaya necə gətirə bilərik?

Siz burda öz şəxsi hesabınızı necə düzəldə biləcəyiniz haqqında video izləyə bilərsiz.Ətraflı

Bölmələr

  • Filmlər
    • Azəri
    • Türk
    • Rus
  • Oxu zalı
    • Dini
    • Dəb
    • Kişilər
    • Sevgi
    • İdman
    • Yumor
    • Şeirlər
    • Bürclə
    • Maraqlı
    • Məşurla
    • Xəbərlər
    • eXclusive
    • Kulinariya
    • Hekayələr
    • Sağlamlıq
    • Yuxuyozma
    • Səsli şeirlər
    • Mobil dünya
    • Qadın dünyası
    • Məntiqi suallar
  • Musiqilər
    • Rus Mp3
    • Rep Mp3
    • Türk Mp3
    • Meyxana
    • Soundtrack
    • Azəri Mp3
    • Digər Mp3
    • Xalq mahnıları
    • Full Albomlar
  • Yükləmələr
    • Şəkillər
    • Oyunlar
    • Proqramlar
    • Fləş oyunlar

Yeni Məqalələr

    Top Şərhçi

    Reklam

    Şəbəkələrdə biz



    Statistika

      +0  
      Məqalələr: 4861
      +0  
      Rəylər: 8404
      +0  
      İstifadəçilər: 2395

      Vəzifələr:
      Admin: 1
      Redaktır: 0
      Jurnalist: 0
      Güvənli: 0
      İstifadəçi: 2393

      Qeydiyyatdan keçib:
      Bu gün: 0
      Dünən: 0
      Həftə ərzində: 0
      Ay ərzində: 2

    Sayta ən son girən

    Qədr gecəsi hansı gecədir?

    Müəllif: Nako (Tarix: 12 iyun, 18:06)
    Qədr gecəsi hansı gecədir?


    Müqəddəs Qədr gecəsinin adının mənası haqqında mülahizələr fərqlidir.

    Bəzi alimlər “qədr” sözünü darlıq və sıxlıq mənasında yozaraq, həmin gecə yerə enən mələklərin əlindən sıxlıq yarandığına görə, ona “Qədr gecəsi” deyildiyini bildirmişlər. Elə Qədr surəsinin 4-cü ayəsində də buna işarə vardır: “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər”.

    Bəzi alimlər həmin gecə oyaq qalıb ibadət edən hər kəsin Allah yanında qədr-qiymət qazandığını əsas tutaraq, bu gecənin adının mənasını izah etmişlər.

    Bəzi alimlərin fikrincə, Qədr gecəsinin özü Allahın nəzdində qədrli və qiymətli olduğu üçün, Allah onu bu adla adlandırıb.

    Daha bir nəzəriyyəyə görə, Qədr gecəsində gələcək bir il ərzində baş verəcək hadisələr Allah tərəfindən təyin olduğu üçün ona bu ad verilib. Bildiyimiz kimi, Allahın izni ilə baş verən və Allahdan başqa heç kimin izni ilə dəyişməyən bütün hadisələr dini anlamda “qəzavü-qədər” və ya “qədər” adlanır. Qədr gecəsində gələcək bir ildə baş verəcək hər şeyin planı cızılır, yəni təqdir olunur. Qurani-kərimin aşağıdakı ayələri də bu fikrin sübutu kimi səslənir: “Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur” (Duxan, 3-4).

    Qədr gecəsinin dəqiq vaxtı barədə dini mənbələrimizdə birmənalı qəti fikir tapmaq çətindir. Deyilənə görə, hətta bəzi böyük şəxsiyyətlər Qədr gecəsinin Ramazandan başqa vaxtlara da təsadüf etmə ehtimalını istisna etməmişlər. Məşhur səhabə Abdullah ibn Məsud və hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Qədr gecəsinin təqribi də olsa vaxtını təyin etməkdə çətinlik çəkmiş və bütün il ərzindəki gecələrdən biri olduğunu söyləmişlər (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 458). Abdullah ibn Ömər Abdullah ibn Məsudun bu qənaətini belə izah edirdi: İbn Məsud Qədr gecəsinin Ramazan ayında olduğunu bilirdi, amma ümmətin tənbəl olmaması üçün (yəni hər gecə oyaq qalıb gecə ibadəti etməsi üçün) belə demişdi.

    Əksər rəvayətlərdən əldə edilən qənaət bundan ibarətdir ki, Qədr gecəsi Ramazan ayının son ongünlüyü içərisində yer alıb. Daha dəqiq desək, Ramazan ayının son ongünlüyünün tək gecələrindən birinin Qədr gecəsi olma ehtimalı qətidir. Ümmül-möminin Aişə Həzrət Mühəmməd Peyğəmbərə (s) istinadən buyurmuşdur ki, Qədr gecəsini Ramazanın son ongünlüyünün tək gecələrində axtarın (Səhihül-Buxari, 2017-ci hədis). Eyni kitabda Ramazanın son yeddi gecəsindən birinin Qədr gecəsi olması haqqında da rəvayətlər vardır. İbn Abbas Ramazanın sonuna 9 və ya 7 yaxud 5 gecə qalmış Qədr gecəsi olduğunu söyləmişdir (Səhihül-Buxari, 2021-ci hədis).

    Əhli-sünnə məzhəbində geniş yayılmış fikrə görə, Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Məşhur səhabə Übeyy ibn Kəb də bu fikirdə idi (Səhihü Müslim, hədis 2777-2778).

    Şiə mənbələrində də Qədr gecəsinin Ramazanın son ongünlüyünə təsadüf etdiyi vurğulanır. İmam Mühəmməd Baqirdən (ə) Duxan surəsinin yuxarıda xatırlanan ayələri haqqında soruşanda belə cavab vermişdi: “Bəli, bu, Qədr gecəsidir ki, hər il Ramazan ayının son on gününə təsadüf edir” (əl-Kafi, 4-cü cild, səh. 158). Bu mövzudakı hədislərə diqqət yetirəndə Qədr gecəsinin dəqiq tarixi ətrafında yaranmış dairəni daha da daraldaraq, 19, 21 və ya 23-cü gecələrdən biri ilə məhdudlaşdıra bilərik. Bunun sübutlarından biri “Məcməül-bəyan” təfsirində İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən hədisdir (səh. 460). Əhli-beyt imamları öz hədislərində bu tarixləri daha da məhdudlaşdıraraq, Ramazanın 21-ci və 23-cü gecələri üzərində durmuşlar. Əbu Bəsir adlı səhabə İmam Mühəmməd Baqirdən (ə) Qədr gecələri haqqında soruşanda o həzrət 21-ci və 23-cü gecələrə işarə etmişdi. Əbu Bəsir sualı daha da konkretləşdirərək, bu iki gecədən hansı birinin daha dəqiq olduğunu xəbər alanda İmam ona cavab verdi: “Bu iki gecədə öz istədiyini axtarmaq asandır”. Başqa bir hədisdə İmam eyni suala bu şəkildə cavab verib: “Nə səbəb var ki, hər iki gecədə eyni əməlləri (ibadətləri) etməyəsən; bir halda ki, bunlardan biri Qədr gecəsidir” (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 460).

    Məşhur bir hədisə əsasən, bir gün bir ərəb Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gələrək belə demişdi: “Mən səhrada heyvandarlıqla məşğulam və Mədinəyə tez-tez gələ bilmirəm. İstəyirəm hər il Ramazan ayında bir gecə Mədinəyə gəlib, burada səhərə kimi ibadət edim. Hansı gecəni mənə məsləhət görürsən?” Peyğəmbər cavabı onun qulağına söylədi və ərəb getdi. Bundan sonra həmin ərəb hər il Ramazanın 23-cü gecəsində ailə üzvləri ilə birlkdə Mədinəyə gələr, səhərə kimi ibadət edərdi. Bu hədis, həmin ərəbin mənsub olduğu qəbilənin adı ilə “Cühəni hədisi” adlanır və Qədr gecəsinin 23 Ramazan tarixinə təsadüf etmə ehtimalının ən qüvvətli sübutlarından biri sayılır (Vəsailüş-şiə, 10-cu cild, səh. 359-360).

    Peyğəmbərin Cühəniyə niyə 23-cü gecəni məsləhət görməsinin səbəbini bilmək istəyənlər üçün İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədis açar rolunu oynaya bilər. İmam Sadiq (ə) buurub: “Təqdirlər 19-cu gecədə edilir, 21-ci gecədə mütləqləşir və 23-cü gecədə imzalanır” (əl-Kafi, 4-cü cild, səh. 159). Yəni növbəti bir il ərzində baş verəcək hadisələrin qədəri (planı) Ramazanın 19-cu gecəsində hazırlanır, 21-ci gecədə Allah bu qədəri mütləqləşdirir və 23-cü gecədə ilahi hökmlə bu müqəddərat qüvvəyə minir. Yəqin ki, həlledici nöqtə 23-cü gecədə qoyulduğu üçün, Peyğəmbər (s) ərəbə bu gecəni oyaq halda ibadətlə keçirməyi məsləhət görmüşdü.


    islam


    Digrə məqalələr:
    • Qədr gecəsinin namazı necə qılınır?
    • Qədr gecəsi hansı gecədir?
    • Qədr gecəsinin namazı necə qılınır?
    • Allah-təala Quranda Qədr gecəsini niyə min aydan xeyirli adlandırıb?
    • Qədr gecələri və əməlləri
    • 100
    • 1
    • 2
    • 3
    • 4
    • 5
     Baxılıb: 1406
     Şərhlər: 1
    Müəllif: Leydi  (13 sentyabr 2017 17:06)
  • Hal hazırda: Onlaynda deyil
  • İstifadəçi
    kas bunu redakte edende gif qoyardiniz))Xebere gore sagol
    Baxıcı qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

    Hesaba giriş

    • Qeydiyyat
    • Şifrəni unutdum
  • Sual

    Saytımızın dizaynını dəyişək?
    Bəli
    Xeyir

    Onlayn

     Bütün istifadəçilər: 7
      İstifadəçi: 7

      İstifadəçi: 

    - Yoxdu

     Robut: 


      - Yoxdu

      Son qeydiyyat: 

    - Yoxdu

    Təqvim

    «    Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 

    Top Məqalə

    {topum_newsa}

    Son şərhlər

    • Nako
      Samsung Galaxy J2 (2018) Haqqı ...
      Nako-Avatar
      Rəy yazmağı unutmayın
    • Nako
      Moskvada “Oğru dunyasi” qarışd ...
      Nako-Avatar
      Rəy yazmağı unutmayın
    • Nako
      Sayta könüllü redaktor axtarıl ...
      Nako-Avatar
      Kim redaktor olmaq istəyirsə mənə yazsın
    • Nako
      Yəbnə Zəhra (ə.s) Mərsiyə (Vid ...
      Nako-Avatar
      Diqqətinizə görə təşəkkürlər
    • ♡♡♡Mister♡♡♡Ideal♡♡♡
      Sayta könüllü redaktor axtarıl ...
      ♡♡♡Mister♡♡♡Ideal♡♡♡-Avatar
      Konullu redaktor olanlari tebrikedirem islerinde ugurlar arzulayiram
    • Nako
      Bu gün, oktyabrın 1-i, Aşura g ...
      Nako-Avatar
      Can Hüseyn (ə.s)
    • ibrahim_i30
      Ahmad Solo - Rüqəyyə Mərsiyə ( ...
      ibrahim_i30-Avatar
      men artiq elave etdim ...
    • Nako
      Sayta könüllü redaktor axtarıl ...
      Nako-Avatar
      Sitat: Leydi
      men saydiginiz her seyi ede bilirem tecrubemde var/Konullu olaraq redaktor olmaq isteyirem

      Bizimlə əlaqə saxlayın.
    • Nako
      Yağlı dəri üçün qulluq kremi - ...
      Nako-Avatar
      linza Yağlı dəriləri olanlar üçün maraqlı məlumatdır ☺
    • Leydi
      Ayətullah Xameneinin dəftərxan ...
      Leydi-Avatar
      a lap yaxsi bilmirdim hec))Paylasima gore sagol

    Arxiv

    • Dekabr 2019 (2)
      Noyabr 2019 (7)
      Oktyabr 2019 (3)
      Sentyabr 2019 (1)
      Avqust 2019 (6)
      İyul 2019 (24)
      İyun 2019 (1)
      May 2019 (4)
      Aprel 2019 (10)
      Oktyabr 2018 (15)
      Sentyabr 2018 (36)
      Avqust 2018 (27)
      İyun 2018 (4)
      May 2018 (9)
      Aprel 2018 (13)
      Mart 2018 (11)
      Fevral 2018 (19)
      Yanvar 2018 (12)
      Dekabr 2017 (1)
      Noyabr 2017 (1)
      Oktyabr 2017 (4)
      Sentyabr 2017 (11)
      İyun 2017 (5)
      May 2017 (3)
      Aprel 2017 (2)
      Mart 2017 (6)
      Fevral 2017 (29)
      Yanvar 2017 (6)
      Dekabr 2016 (3)
      Noyabr 2016 (3)
      Oktyabr 2016 (32)
      Sentyabr 2016 (52)
      Avqust 2016 (168)
      İyul 2016 (92)
      Fevral 2016 (1)
      May 2015 (2)
      Aprel 2015 (4)
      Mart 2015 (173)
      Fevral 2015 (3)
      Yanvar 2015 (9)
      Dekabr 2014 (1)
      Noyabr 2014 (3)
      Oktyabr 2014 (23)
      Sentyabr 2014 (7)
      Avqust 2014 (17)
      İyul 2014 (19)
      İyun 2014 (16)
      May 2014 (30)
      Aprel 2014 (12)
      Mart 2014 (27)
      Fevral 2014 (31)
      Yanvar 2014 (91)
      Dekabr 2013 (69)
      Noyabr 2013 (49)
      Oktyabr 2013 (218)
      Sentyabr 2013 (112)
      Avqust 2013 (72)
      İyul 2013 (99)
      İyun 2013 (228)
      May 2013 (63)
      Aprel 2013 (52)
      Mart 2013 (95)
      Fevral 2013 (238)
      Yanvar 2013 (125)
      Dekabr 2012 (21)
      Noyabr 2012 (137)
      Oktyabr 2012 (329)
      Sentyabr 2012 (363)
      Avqust 2012 (365)
      İyul 2012 (35)
      İyun 2012 (461)
      May 2012 (379)
      Aprel 2012 (260)

      Bütün arxivi göstər / gizlət

    Reklam

    • Sual-Cavab

    • Qeydiyyatdan keç
    • Məqalə yerləşdirmə
    • Bizimlə əlaqə
    • İstəklər
    • Açar sözlər

    • I Love Islam, Arı, Canlı şəkillər, deb, gelinlikler, Geoduck, guller, islam dini, kişi, Limon, maraqli, Maraqli statuslar, Maraqlı məlumatlar, Messi, musahibe, Müdriklərin müdrik kəlamları, ordan_burdan, Partlayan güllə əsgərimizi öldürdü, populyar.az, Qarışıq Satuslar =), Qarışıq Şəkillər, qizlar ucun, SATATUSLAR............, seirler, sekiller, Sevgi, sevgi alemi, Sevgilim, statuslar, Statuslar ツ, Səni sevirəm, tort, Unuttuğumu düşünürdüm, Wiyin Bebiwder, xanimlar ucun..., Yazılı, yetər..., yumor, Şəkillər, Əlvida eşqim

      Bütün teqləri göstər
    • Bizə dəstək ol
    • Saytın xəritəsi
    • Statistika
    • Sual ver
    • Yuxarı

    count 88x31px
    AMO Texnalogiya tərəfindən hazırlanmışdır. © www.POPULYAR.az 2009 - 2019
    Рейтинг@Mail.ru