Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür. qoc burcuÖz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq «bəlkə belə olsa yaxşıdır» — söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox «Nə edim?» — sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir.
Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır.
Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.
Populyar portal