Qədir-Xum bayramı haqqında

Qədir-Xum bayramı (ərəbcə: عيد الغدير) Zil-hiccə ayının 18-i şiələrin ən böyük bayramlarından biri hesab edilir. Bu gündə İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) canişini seçilmişdir. Adı ötən günün fəziləti haqqında Peyğəmbərdən (s) və imamlardan bir sıra rəvayətlər nəql edilmişdir. Həmçinin, bu gündə oruc tutmaq, “Qədiriyyə” ziyarətini oxumaq, “Qədir” namazını qılmaq, möminlər üçün yemək süfrəsi açmaq və s. əməllər tövsiyə edilmişdir. Şiələr bu günü bayram edirlər.

İranda bu gün rəsmi şəkildə qeyri-iş günüdür. İrandakı adətə görə, şiələr bugünkü gündə seyyidlərin ziyarətinə gedirlər və seyidlər də gələnlərə bayramlıq verirlər.

Qədir-Xum hadisəsi
Əsas məqalələr: Qədir-Xum hadisəsi və Qədir-Xum xütbəsi
Həzrət Peyğəmbər (s) hicri-qəməri təqviminin 10-cu ili, Zilqədə ayında Həcc mərasimini icra etmək üçün minlərlə adamla birgə Mədinədən Məkəyyə doğru yola düşür.[1] Bu, Peyğəmbərin sonuncu həcci olduğuna görə, “Həccətul-vida” (Vida həcci) kimi tanınmaqdadır. Peyğəmbər (s) həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə doğru qayıdır. O, zil-hiccə ayının 18-də Qədir-Xuma çatır. Cəbrail (ə) Peyğəmbərə nazil olub, Allah tərəfindən ona əmr edir ki, Əli ibn Əbitalibi öz canişini kimi camaata təqdim etsin. Allahın rəsulu (s) da xalaqı bir yerə toplayaraq Əlini (ə) öz canişini elan edir.

Qədir-Xum gününün fəziləti
Qədir-Xumun fəziləti haqqında məsumlardan bir sıra hədislər nəql edilmişdir ki, aşağıda bir neçə nümunə qeyd edilir:

Allahın rəsulu (s) buyurur: “Qədir-Xüm günü mənim ümmətimin ən böyük bayramlarından biridir. Allah bu gündə dinini kamilləşdirdi, Öz nemətini mənim ümmətimə tamamladı və İslamı din olaraq onlar üçün seçdi”.
İmam Sadiq (ə): “Qədir-Xum müsəlmanların ən əzəmətli və ən əziz bayramıdır. Həmin günün hər saatında Allaha şükr etmək təqdirə layiqdir. O gündə insanlar şükür orucu tutsunlar, çünki bu günün orucu altımış il ibadətə bərabərdir.
İmam Sadiq (ə): “Qədir-Xum günü Allahın böyük bayramıdır. Allahın göndərdiyi bütün peyğəmbərlər bu günü bayram etmiş və onu əzəmətli sanmışlar. Bu gün səmada “Əhd-peyman günü”, yerdə isə “Möhkəm əhd günü”, “Hamılıqla iştiraketmə” adlanır.
İmam Rza (ə): ” Qədir-Xum gününü səma əhli yer əhalisindən daha yaxşı tanıyır. Əgər insanlar bu günün həqiqi dəyərini bilsəydilər, şübhəsiz ki, mələklər gündə on dəfə onlara əl verib görüşərdilər”.
Sünni alimlərindən biri olan Nəsibi Şafei “Mətalibu əs-Səul” kitabında zilhiccə ayının on səkkizininci gününün bayram olmasını açıq şəkildə qeyd etmişdir. Onun bildirdiyinə görə, bu gün bayrama, əlamətdar günə və insanların bir araya gəldiyi günə çevrilmişdir. Çünki, Allahın rəsulu (s) Əlini (ə) bu yüksək məqama təyin edəndə, bu baxımdan heç kəsi ona bərabər və tay tutmadı. İbn Xəllikanın “Vəfəyatul-ə’yan” kitabında yazdığına görə, Misir rəhbərlərindən biri olan Mustəli ibn Mustənsirə hicri-qəməri təqvimi ilə 487 -ci il, zilhiccə ayının 18-də, yəni Qədir-Xum günündə beyət edildi.
Qədir-Xum bayramı

Qədri-Xum bayramı, (Tehran, Vəli-Əsr küçəsi, 2022-ci il
“Xəsaisul-əimmə” kitabında nəql edilən məlumata görə, Həssan ibn Sabit Qədir-Xum bayramında, Həzrət Peyğəmbərin qarşısında, Qədir-Xumda toplanmış müsəlmanların arasında uca səslə şeirlər oxudu.

Həssan ibn Sabitin Qədir-Xum hadisəsini vəsf edən Qədiriyyəsi: “Allahın rəsulu (s) Qədir-Xum günü onları səslədi: “Sizin mövlanız və başçınız kimdir?” Onlar dərhal cavab verdilər: “Sənin Allahın bizim mövlamızdır və sən isə bizim başçımız və rəhbərimizsən. Biz heç vaxt sənin əmrinə qarşı çıxmarıq”. Bu vaxt Peyğəmbər (ə) Əliyə (ə) buyurdu: “Qalx, səni özümdən sonra imam və rəhbər seçdim”. Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, bu kişi də onun mövlası və rəhbəri olacaq. Belə isə hamılıqla ürəkdən onun ardıcılı olun. İlahi, onun dostunu dost, düşmənini isə düşmən tut”. Seyid Rəzi, “Xəsaisul-əimmə”, 1406 q, səh. 42.

Həmçinin, “Biharul-ənvar“-da nəql edilən rəvayətə görə, İmam Rza (ə) Qədir-Xum günündə məclis qurardı. O, öz xüsusi səhabələrinin bir qismni iftara saxlayır və onların ailələri üçün də yemək və hədiyyələr gönərirdi. Qəməri təqvimi ilə dördüncü əsr tarixçisi Əli ibn Hüseyn Məsudi “Ət-Tənbih vəl-işraf” kitabında yazır ki, İmam Əlinin (ə) övladları və şiələri bu günü əziz tuturlar”. Habelə, dördüncü əsrdə yaşamış görkəmli mühəddis Kuleyni də bir rəvayətə istinadla şiələrin bu günü bayram etmələrini qeyd etmişdir.

Qəməri təqvimi ilə səkkizinci əsrdə yaşamış sünnü tarixçi İbn Kəsirin verdiyi məlumata görə, şiə dininə mənsub olan Büveyhilər höküməti də Qədir-Xum bayramını qeyri-iş günü və ümümxalq bayramı elan etmiş, hökümət orqanlarını və xalqı şənliklər keçrməyə və şəhəri bəzəməyə təşviq edirmiş. Onlar bu bayram şənliklərində çadırlar qurur, parçalar (bayraqlar) asır və dəvə qurban kəsirmişlər. Axşam tərəfi isə tonqal qalayıb şadyanalıq edirmişlər. Həmçinin, hicri-qəməri təqvimi ilə beşinci əsrdə yaşamış tarixçi Gərdizi də bu günü əlamətdar İslami günlərdən və şiələrin bayramlarından biri hesab etmişdir. Misirdə Fatimilər xəlifələri də Qədir-Xum bayramını qeyd edirdilər. İranda Səfəvilər dövründə Qədir-Xum rəsmi bayram idi. Hazırda İranda Qədir-Xum bayramı rəsmi qeyri-iş günüdür. İraqın Kərbəla, Nəcəf, Ziqar və s. şəhərlərində Qədir-Xum bayramı rəsmi qeyri-iş günüdür. Şiələr Qədir-Xum bayramı gecəsini də əziz tutub əhya saxlayırlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir